Kamala Harris: Növbəti aylar çətin və sərt olacaq

23 Avqust 2024 10:26

ABŞ-də keçiriləcək prezident seçkilərində demokratların prezidentliyə namizədi Kamala Harris seçkiqabağı kampaniyasını yorucu adlandırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, o, bunu Çikaqoda təmsil etdiyi partiyanın Milli Qurultayından sonra tərəfdarları qarşısında çıxışı zamanı deyib.

K.Harris bildirib ki, prezidentlik yarışında iştirak yorucu və ilhamverici olub: "Biz bu yarışın qaranlıq atlarıyıq. Növbəti aylar çətin və sərt olacaq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun