Keniyada ABŞ - Afrika atom enerjisi sammiti keçiriləcək

23 Avqust 2024 08:10

ABŞ-Afrika nüvə enerjisi üzrə ikinci sammit Keniyada avqustun 27-dən 30-dək keçiriləcək.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Citizen" portalı məlumat yayıb.

"Avqustun sonunda Nayrobidə keçiriləcək görüşdə tərəflər Afrika ölkələrində nüvə enerjisinin tətbiqi mövzusunu müzakirə edəcəklər. Foruma siyasətçilər, texniki ekspertlər və sənaye liderləri dəvət olunub, onlar seminarlarda, maraqlı tərəflərlə qarşılıqlı əlaqə sessiyalarında və çoxtərəfli müzakirələrdə iştirak edəcəklər", - məlumatda bildirilir.

Qeyd olunur ki, Keniyanın Baş naziri Musaliya Mudavadi Nüvə Enerjisi Agentliyinin baş direktoru Uilyam D.Meqvudla görüşündən sonra respublikada 2034-cü ilə qədər ilk atom elektrik stansiyasının tikintisi planları barədə məlumat verib. Onun sözlərinə görə, 2030-cu illərin əvvəllərində hökumət enerji istehsal gücünü artırmaq, CO2 emissiyalarını azaltmaq və əlavə iş yerləri yaratmaq təşəbbüsü ilə tədqiqat reaktorunun istismara verilməsini planlaşdırıb.

"Keniya təmiz enerji lideri olmağı hədəfləyir və davamlı enerji strategiyası çərçivəsində nüvə texnologiyalarının inkişafına diqqət yetirir", - o deyib.

İlk zirvə görüşü ötən il 30 oktyabr - 1 noyabrda keçirilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun