“Beşiktaş”ın futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçib

23 Avqust 2024 07:12

"Beşiktaş"ın futbolçusu Cekson Muleka komandadan ayrılıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, konqolu hücumçu icarə əsasında Səudiyyə Ərəbistanının "Əl Xolood" kollektivinə keçib. Onunla 1 illik müqavilə imzalanıb.

"Beşiktaş" bu icarə haqqından 1 milyon avro qazanacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun