Bu ölkədə NATO-nun zirehli briqadası yerləşdiriləcək - Rusiya ilə sərhəddə

22 Avqust 2024 18:36

Finlandiyanın Mikkeli şəhərində Rusiya ilə sərhəd yaxınlığında NATO-nun 4-5 min əsgərdən ibarət zirehli briqadası yaradılacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Iltalehti" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qərarın yaxın həftələrdə rəsmən açıqlanacağı gözlənilir.

Yaradılan bölmə həm də FLF (İrəli Quru Qoşunları) kimi tanınır.

Avqustun 21-də bildirilib ki, Finlandiyanın bir neçə NATO ölkəsi ilə ölkə ərazisinə qoşun yeritməsi barədə danışıqlar aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun