Hindistanda əczaçılıq zavodunda partlayış - 17 ölü

22 Avqust 2024 14:04

Hindistanın cənubundakı Andhra Pradeş əyalətində əczaçılıq zavodunda çərşənbə günü baş verən partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  həlak olanların sayı barədə son məlumat bu gün polis rəsmisi tərəfindən təsdiqlənib.

Onun sözlərinə görə, 35-dən çox yaralı yerli xəstəxanaya çatdırılıb. Lakin mediada yayılan bəzi məlumatlarda ştatda son onilliyin ən böyük hadisəsi olan qəzada 50-yə yaxın insanın xəsarət aldığı bildirilir.

Hindistanın baş naziri Narendra Modi həlak olanlarla bağlı başsağlığı verib, ölənlərin və yaralananların ailələrinə pul təzminatı ödənildiyini elan edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun