"İstənilən ölkədə baş verən demokratik dəyişikliklər müsbət qarşılanmalı, xalqların azadlıq və müstəqillik hüquqlarına beynəlxalq səviyyədə hörmət göstərilməlidir".
Milli.Az APA-ya istinadən bildirir ki, bunu insan hüquqları müdafiəçisi Ceyms Finis Bakı Təşəbbüs Qrupu və Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının təşkil etdiyi "Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu" adlı beynəlxalq konfransda deyib.
O bildirib ki, Niderland xalqının həyata keçirdiyi siyasət nəticəsində boneyralıların öz dilində daşımaq hüququ əllərindən alınır:
"Bu gün belə bir konfransın Bakıda təşkil olunması onu göstərir ki, biz müstəqillik uğrunda həqiqətən qəti mübarizə aparırıq. Bəs adamızda insanların sayı niyə azalır? Çünki xalqımız təzyiqlərlə üzləşir və nəticədə immiqranta çevrilirlər. Bizim uşaqlarımız öz doğma dillərində təhsil hüququndan məhrum edilib. Niderland hökuməti fundamental hüquqlarımızdan olan ana dilində təhsil hüququnu və digər fundamental hüquqlarımızı əlimizdən almağa cəhd göstərməkdədir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun