BMW ABŞ-də olan 720 796 avtomobili geri çağıracaq.
Milli.Az oxu.az-a istinadən bildirir ki,nasazlıq su pompasının yaxınlığındakı elektrik konnektorlarından biri ilə bağlıdır. Qeyd olunur ki, bu nasazlıq qısaqapanmaya, nəticədə avtomobildə yanğına gətirib çıxara bilər.
Bu günə qədər 18 avtomobildə sözügedən problemin müşahidə olunduğu bildirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun