Bakıda Boneyra adasının müqəddəratının təyin edilməsi ilə bağlı konfrans keçirilib - YENİLƏNİB - FOTO

22 Avqust 2024 16:12

Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatı ilə birgə təşkilatçılıq çərçivəsində təşkil olunan "Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu" adlı konfransda regional və Beynəlxalq Dəstəyin Səfərbər Edilməsi məsələsinə həsr olunan panel keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, paneldə əvvəlcə Boneyra xalqının öz müqəddəratını təyinetmə uğrunda mübarizəsini əks etdirən videoçarx nümayiş etdirilib.

Sent-Vinsent Qrenadin dövlətinin Nazirlər Kabinetinin müşaviri Riçard Bayron-Kox bildirib ki, bu gün BMT-nin müstəmləkə şəraitində yaşayan xalqların hüquqlarını qorumaq istiqamətindəki cəhdləri müxtəlif səviyyələrdə təzyiqlərə məruz qalır:

"Bu gün burada söylədiyimiz fikirlərə hər kəs diqqət yetirməlidir. Heç bir dövlət bu gün bizə qarşı sərgilənən yanaşmada siyasi və iqtisadi müstəqillik hüququmuzun təmin olunduğunu söyləyə bilməz. Mən sadəcə başa düşmək istəyirəm ki, bizim kimi müstəmləkə ölkələrinə bu münasibətin səbəbi nədən ibarətdir. Mən bu gün təkcə bizim dövlətin deyil, bütövlükdə müstəmləkədən əziyyət çəkən, gələcəyini müəyyənləşdirmək iqtidarında olmayan ölkələrin adından danışıram. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində 20-ci bənd var. Orada göstərilir ki, parçalanmış və qütblərə bölünmüş dünyada Birləşmiş Millətlər Təşkilatının beynəlxalq ictimaiyyəti, dünyadakı müxtəlif dövlətləri və xalqları birləşdirmək istəyi böyük təzyiqlərlə üzləşir. Bu Nizamnamənin məqsədi beynəlxalq səviyyədə sülh və təhlükəsizliyi təmin etmək, eləcə də bütün xalqların iqtisadi və sosial müstəqilliyinə nail olmaqdır. Lakin çox təəssüf ki, bu prinsiplərə əməl olunmur. Elə isə müstəmləkə şəraitində yaşayan xalqlar və dövlətlər kimə güvənməlidir?"

Boneyranın İnsan Hüquqları üzrə Təşkilatının beynəlxalq siyasət üzrə müşaviri Xorxe Qarsiya Kordoba isə müstəmləkə dövlətlərindəki siyasi qüvvələri birliyə çağırıb:

"Mən hesab edirəm ki, bu gün müstəmləkə dövlətlərindəki siyasi partiyaların daha effektiv mübarizə üçün güclərini birləşdirməsinə ehtiyac var. Müstəmləkəçiliyə qarşı mübarizədə yalnız birlik yolu ilə qalib gəlmək mümkündür. Bizim xalq çox uzun illərdir müstəmləkə şəraitində yaşayır. Bu gün Puerto-Riko da Argentinadan müstəqilliyini elan etməyə və müstəmləkə şəraitindən xilas olmağa çalışır. Mən bütün dünya ictimaiyyətini Boneyra xalqının müstəqilliyinə dəsrək verməyə, oradakı soyqırımı dayandırmaq üçün təsirli tədbirlər görməyə çağırıram".

Panel işini fikir mübadiləsi şəraitində davam etdirib.

---------

10:25

Bu gün Bakıda neokolonializmlə mübarizə mövzusunda beynəlxalq konfrans keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gün Bakıda Niderlandın müstəmləkəçiliyi altında olan Boneyra adasına həsr olunmuş beynəlxalq konfrans keçirilir.

Tədbir Bakı Təşəbbüs Qrupu (BIG) və Boneyra adasındakı İnsan Hüquqları və Dəyişiklik Hərəkatı tərəfindən təşkil olunur.

"BMT Baş Assambleyasında Bakı Təşəbbüs Qrupu vasitəsilə Boneyra adasının öz müqəddəratını təyin etmə yolu" adlı konfransda kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan Boneyra xalqının təmsilçiləri, habelə Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent Lüsiya, Böyük Britaniya, Meksika, Niderland və başqa ölkələrin nümayəndələri, BMT və digər beynəlxalq təşkilatların rəsmiləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak edirlər.

Bundan əlavə, konfransda hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, müstəmləkəsizləşdirmə sahəsində ekspertlər və tədqiqatçılar iştirak edəcəklər.

Konfransda Boneyra əhalisinin müstəmləkəçilikdən qurtulmaq uğrunda apardığı mübarizə, o cümlədən, bu məsələnin müvafiq beynəlxalq təşkilatların gündəminə çıxarılması istiqamətində görülən işlər və bunun üçün beynəlxalq hüquqi imkanlar müzakirə olunacaq.

Tədbir Boneyra xalqının tarixində mühüm hadisə ərəfəsində baş tutacaq. Konfransdan bir neçə həftə sonra bir sıra dövlətlərin BMT Baş Assambleyasına Boneyra adasının yenidən dekolonizasiyaya məruz qalan ərazilər siyahısına daxil edilməsi ilə bağlı qətnamə layihəsi təqdim edəcəyi planlaşdırılır. Hazırkı konfransın əsas məqsədlərindən biri də bu qətnaməyə beynəlxalq dəstək qazanmaqdır.

--------

08:50

Bu gün Bakıda Bakı Təşəbbüs Qrupu (BTQ) və Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə Niderlandın müstəmləkəçiliyi altında olan Boneyra adasına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

Milli.Az xəbər verir ki, "Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu" adlı konfransda kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan Bonayre xalqının təmsilçiləri, habelə Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent Lüsiya, Böyük Britaniya, Meksika, Niderland, BMT və digər beynəlxalq və regional təşkilatlarının rəsmiləri və vəzifəli şəxsləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak edəcək.

Konfransa Sent-Vinsent və Qrenadin Hökumətinin xüsusi nümayəndəsi, Belizin BMT-dəki (Nyu-York) daimi nümayəndəsi, UNICEF-in gənclərlə iş üzrə vəkili, "Karib Hövzəsi Ölkələri Birliyi" beynəlxalq təşkilatının gənclərlə iş üzrə səfiri və BMT-nin Afrika xalqlarının Daimi Forumunun sədri və s. yüksək səviyyəli şəxslər də qatılacaq.

Konfransda Niderlandın əsarəti altında olan Boneyra xalqının müstəmləkəçilikdən azad olmaq uğrunda apardığı mübarizə, habelə problemin aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər, beynəlxalq hüquqi imkanlar müzakirə olunacaq.

Tədbir Boneyra xalqının gələcək tarixi üçün çox mühüm bir hadisə ərəfəsində keçiriləcək. Tədbirdən bir neçə həftə sonra Bonayre adasının BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına yenidən salınması üçün bir sıra dövlətlər tərəfindən BMT Baş Assambleyasına qətnamə layihəsinin təqdim edilməsi planlaşdırılır. Hazırkı konfransın əsas məqsədlərindən biri də həmin qətnaməyə beynəlxalq ictimaiyyətin dəstəyinin əldə edilməsidir.

Boneyra xalqı üçün belə bir tarixi əlamətdar hadisə ərəfəsində azadlıq uğrunda mübarizə aparan şəxslərin məhz Azərbaycana toplaşması ölkəmizin dekolonizasiya sahəsində dünyanın əsas mərkəzlərindən birinə çevrilməsini təsdiq edir. Bu həm də ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində dekolonizasiya prosesinə verdiyi töhfələrin, uğurlu lokomotiv rolunun nəticələrinin bariz nümunəsidir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun