Üç ölkə Qahirəni tərk etdi, danışıqlar dayandırıldı

22 Avqust 2024 08:42

Misir, Qətər və ABŞ nümayəndə heyətləri Qəzza ilə bağlı danışıqlara fasilə veriblər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə EFE agentliyi mənbələrə istinadən məlumat yayıb.

Danışıqların hansı müddətə dayandırıldığı barədə məlumat verilməyib.

Bildirilib ki, üç ölkənin nümayəndə heyətləri artıq danışıqların keçirildiyi Qahirəni tərk ediblər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun