İsrailin zərbəsi: yaralıların sayı 30-a çatdı

21 Avqust 2024 21:08

İsrail ordusunun Livanın şərqindəki Bekaa vadisinə endirdiyi zərbələr nəticəsində yaralananların sayı 30-a çatıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Al Wataniya" milli agentliyi xilasetmə xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

"Yaralılardan 5-i xəstəxanaya yerləşdirilib. Xəsarət almış 30 nəfərdən ən azı 9-u uşaqdır. Yaralılar arasında Livan vətəndaşları ilə yanaşı, suriyalılar da var", - məlumatda qeyd olunub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun