Finlandiya Rusiya əleyhinə qanun hazırlayır

21 Avqust 2024 19:25

Finlandiya hakimiyyəti Rusiya vətəndaşlarının daşınmaz əmlak almasına tam qadağa tətbiq edəcək qanun layihəsi hazırlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Antti Hyakkyanen deyib.

"Bu qanun layihəsi payızın əvvəlində hökumət tərəfindən müzakirə olunacaq", - məlumatda deyilir.

O, əlavə edib ki, təşəbbüs yaxın iki həftə ərzində Nazirlər Kabinetinə təqdim olunacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun