Üç "div" birləşib fantastika yaradır - FOTO

25 İyun 2012 10:06
Milli.Az ABC-yə istinadən bildirir ki, "Boeing", "Lockheed Martin", "Gulfstream", habelə Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Londondan Sidneyə cəmi 4 saata uçacaq sərnişin təyyarəsinin hazırlıqlarını artıq başa vurmaq üzrədir.

Təyyarənin gələn ay Farnboroda keçiriləcək beynəlxalq aviaşouda təqdim ediləcəyi gözlənilir.

Bu təyyarə 1358 km/saat sürətlə uçan "Concorde"dan da sürətli, rahat və keyfiyyətli olacaq.

Hazırda dünyanın ən sürətli təyyarəsi "Gulfstream"in "G650" modelidir. Bu təyyarə 1200 km/saat sürətlə uçur.

"British Airways" aviaşirkətinin "Concorde" təyyarəsinin uçuşları 1976-cı ildə başlanmışdı.
Uçuşlar 2003-cü ildə dayandırılmışdı.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





Fotolar: Alamy