İstanbulda PKK/KCK terror qruplaşmasının rəhbərlərindən biri olan Mehnaz Omar saxlanılıb.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, Milli Kəşfiyyat İdarəsi və İstanbul polisinin keçirdiyi birgə əməliyyat nəticəsində terrorçu ələ keçirilib.
Onun PKK/KCK-nin Finlandiya qruplaşmasında təmsil olunduğu bildirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun