Ölkəyə suçiçəyi əleyhinə peyvənd gətiriləcək?

21 Avqust 2024 16:04

Azərbaycana suçiçəyi əleyhinə peyvənd gətirilməsi hələ nəzərdə tutulmayıb.

Milli.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva deyib.

"Dünyada suçiçəyi əleyhinə vaksin var. Bu vaksini Milli Peyvənd Təqviminə salan ölkələr də var. Hazırda bu peyvəndin Azərbaycana gətirilməsi gündəmdə deyil", - o əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun