Qonşu ölkəni koronavirus BÜRÜDÜ

21 Avqust 2024 13:24

Son üç həftə ərzində Gürcüstanda koronavirus dominant virus olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İmmunlaşdırma üzrə Milli Texniki Məsləhətçilər Qrupunun rəhbəri İvane Çxaidze məlumat verib.

"Laboratoriya tərəfindən təsdiqlənmiş məlumatlar göstərir ki, ölkədə hazırda koronavirus hadisələrinin ən yüksək sayı qeydə alınıb və bu, yay mövsümü üçün xarakterik deyil", - deyə Çxaidze bildirib.

Onun sözlərinə görə, maraqlısı budur ki, ölkədə sonuncu qrip hadisəsi iyulun əvvəlində qeydə alınıb. Çxaidze əlavə edib ki, hazırda Gürcüstanda yayılan bütün viruslar, əsasən, yüngül formadadır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun