Prokurorluq bir neçə polis idarəsində araşdırmaya başladı - Rusiyada

21 Avqust 2024 16:19

Rusiyanın Sankt-Peterburq şəhərinin bir neçə polis idarəsində araşdırmalara başlanılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, iş Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü hissəsi ("Bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərini aşmaq") ilə araşdırılır.

Qeyd olunur ki, işin bir hissəsi kimi, "polis tərəfindən taksi sürücülərinə qeyri-qanuni himayədarlıq, habelə şəxsi daşıyıcıların fəaliyyətinin qanuniliyi və onların Rusiya Federasiyası ərazisində mövcudluğunun qanuniliyi" müəyyənləşəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun