Rusiya İsveçrənin dəvətini rədd etdi

21 Avqust 2024 09:04

Rusiya tərəfi Cenevrə Konvensiyasının 75 illiyi münasibətilə İsveçrənin dəvətini rədd edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin kommunikasiyalar departamentinin rəhbəri Nikolas Bido məlumat yayıb.

Bildirilib ki, rusiyalı diplomatlara avqustun 25-26-da səfər təklif olunub.

"Rusiya missiyası Cenevrəyə getməyəcəyini açıqladı", - Bido vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun