Ermənistanın müdafiə naziri cərimə olundu

20 Avqust 2024 22:35

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyası müdafiə naziri Suren Papikyanı "Mülki müqavilə" partiyasının idarə heyətinin rəhbəri vəzifəsində işləyərkən törətdiyi inzibati xəta ilə əlaqədar cərimələyib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Pastinfo" məlumat yayıb.

Məlumata görə, 2022-ci ildə Papikyan qanunun bütün partiya ödənişlərinin bank köçürməsi ilə edilməsi tələbinə əməl etməyib

Papikyan 100 min dram (təxminən 260 dollar - red.) cərimə olunub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun