Xəzər dənizində zəlzələ oldu

20 Avqust 2024 21:45

Lənkəran stansiyasından 78 km şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə AMEA nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 21.03-də baş verən zəlzələnin maqnitudası 3,8, zəlzələ ocağının dərinliyi 38 km olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun