HƏMAS Qəzzada atəşkəs şərtlərindən imtina etdi

20 Avqust 2024 19:50

HƏMAS faktiki olaraq ABŞ və İsrailin Qəzzada atəşkəs razılığı barədə şərtlərini qəbul etməkdən imtina etdiyini açıqlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.

"Hazırkı təklif Amerikanın Netanyahunun yeni şərtlərinə, eləcə də onun Qəzza zolağına qarşı cinayət planlarına təslim olmasıdır", - məlumatda deyilib.

Xatırladaq ki, Blinken İsrailin ABŞ-ın Qəzza zolağında atəşkəslə bağlı yeni təklifini qəbul etdiyini, lakin HƏMAS-ın bunu hələki qəbul etmədiyini bildirmişdi.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun