Bu ölkələr dənizə çıxışımızı qəsdən məhdudlaşdırır - Minsk

20 Avqust 2024 19:17

Belarus bir sıra ölkələr tərəfindən onun BMT Konvensiyasında nəzərdə tutulmuş dənizə çıxış və tranzit hüququnu məhdudlaşdıran qanunsuz hərəkətlərinin nəticələrini tam şəkildə hiss edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Belarus Xarici İşlər Nazirliyinin sözçüsü Anatoli Qlaz bildirib.

"Baltikyanı ölkələr Belarusun dənizə çıxışını qəsdən məhdudlaşdırır və öz coğrafi mövqeyindən açıq-aşkar sui-istifadə edir", - Qlaz qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun