Uçuşa gecikən sərnişin səhvən başqa təyyarənin baqajına mindi

20 Avqust 2024 18:00

Avqustun 19-da Domodedovo (Rusiya) hava limanında 41 yaşlı sərnişin uçuşa gecikdiyi üçün "Airbus A321" təyyarəsinin baqaj bölməsinə qalxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sərnişin Novokuznetskə uçan "S7 2625" reysinə gecikib. Həmin şəxs "Airbus A321" təyyarəsinin baqaj bölməsinə girib və "S7 2581" reysi ilə Norilskə uçub. Onun uçacağı təyyarə isə bu zaman artıq bir saatdan çox havada olub.

Nəticədə cinayəti törədən şəxs aşkar edilərək saxlanılıb. Təyyarənin uçuşu bir saat gecikib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun