Dünyanın ən yaşlı insanı öldü

20 Avqust 2024 16:03

Dünyanın ən yaşlı insanı Mariya Branyas Morera 117 yaşında vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qadın İspaniyada dünyasını dəyişib. 

Onun son 20 il ərzində qocalar evində yaşadığı qeyd olunub. 

M.Morera 1907-ci ilin martında Kaliforniyada dünyaya gəlib, 8 yaşı olarkən ailəsi ilə birlikdə İspaniyaya köçüb və bütün həyatını burada yaşayıb. Həkimlə evli olan Mariyanın 3 övladı olub. O, 2023-cü ilin yanvarında Ginnesin Rekordlar Kitabının versiyasına görə dünyanın ən yaşlı insanı elan edilib. 

Moreranın ölümündən sonra hazırda dünyanın ən yaşlı insanı 1908-ci ilin mayında Yaponiyada doğulan Tomiko İtooka adlı qadındır. Onun hazırda 116 yaşı var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun