Polis ölüm saçan sürücünün axtarışına başladı - VİDEO

20 Avqust 2024 14:15

"Saray qəsəbəsində qarşı yola keçərək təhlükəli vəziyyət yaradan sürücü axtarılır".

Milli.Az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

"Videogörüntüdən xəbərdarıq. Sürücünün müəyyən edilib inzibati məsuliyyətə cəlb edilməsi üçün tərəfimizdən tədbirlər görülür", - deyə idarə rəsmisi bildirib.

Abşeron rayonu, Saray qəsəbəsində qarşı yola keçən sürücü təhlükəli vəziyyət yaradıb.

Bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun