İrandan Azərbaycana yenə narkotik keçirmək istədilər

20 Avqust 2024 14:23

İrandan Azərbaycana 7 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb .

Bildirilib ki, avqustun 15-də saat 00:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqram 710 qram olan narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun