İsrail ordusu Qəzzada girov saxlanılan daha 6 vətəndaşının meyitini aşkarlayıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Haaretz" məlumat yayıb.
Bildirilib ki, onlardan biri həmin hadisələr zamanı sığınacaqda gizlənməyə çalışan 80 yaşlı Xaim Perridir.
İsrail hökumətinin bununla bağlı bəyanatında HAMAS tərəfindən girovluqda saxlanılan digər şəxslərin də yaxın vaxtlarda geri qaytarılacağı, HAMAS-ın qətlə yetirdiyi şəxslərin meyitlərinin tapılması üçün lazımı tədbirlər görüləcəyi bildirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun