Məşhur futbolçu oyun vaxtı huşunu itirdi

20 Avqust 2024 11:32

İngiltərənin "Tottenhem" klubunun futbolçusu Rodriqo Bentankur ciddi xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Premyer Liqanın I turunda "Lester"lə səfər matçında baş verib.

71-ci dəqiqədə rəqib oyunçu Abdul Fatavu ilə toqquşan yarımmüdafiəçi huşunu itirib. London təmsilçisinin üzvü tibbi yardım aldıqdan sonra özünə gəlsə də, meydanı xərəkdə tərk edib.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun