Bakıda "07" ilə "Mercedes"lə toqquşdu - VİDEO

20 Avqust 2024 10:42

Səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəza paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, eyni istiqamətdə hərəkətdə olan VAZ-2107 və "Mercedes" markalı avtomobillər toqquşub.

Qəza zamanı xəsarət alanlarla bağlı məlumat yoxdur.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun