Şimali Koreya ordusunun çavuşu Cənubi Koreyaya qaçıb

20 Avqust 2024 09:30

KXDR-dən olan hərbçi ölkənin şərqində ölkələrarası sərhədi keçərək Cənubi Koreya Respublikasına keçib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya hərbçiləri arasında olan mənbələrə istinadən "Yonhap" agentliyi xəbər yayıb.

İnsident avqustun 20-də yerli vaxtla səhər saatlarında Qanvondo əyalətinin Koson kəndində baş verib: "Şimali Koreyanın hərbçisi bu gün səhər tezdən hərbi demarkasiya xəttini keçib və qalmaq istəyini bildirib. Hərbçilərimiz onun demarkasiya xəttini keçdiyi vaxtdan hərəkətlərini izləyir", - agentliyin mənbəyi bildirib.

Məlumata görə, o, çavuşdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun