Vətəndaş Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılıb.
Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.
Araşdırmanın nəticəsinə əsasən həmin şəxs saxlanılıb. Barəsində protokol tərtib edilib. Baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək.
Qeyd edək ki, müğənni Sevda Sanaliyeva təqib olunması barədə sosial şəbəkədə müraciət yayıb.
--------
13:50
Müğənni Sevda Sanaliyevanı təqib edən şəxsin kimliyi müəyyənləşib.
Milli.Az bildirir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq DİN-in Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, vətəndaş Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılır: "Həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib. Araşdırmanın nəticəsinə əsasən, qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq".
---------
07:23
Müğənnilər Sevda Sanaliyeva tanıdığı şəxs tərəfindən izlənildiyini bildirib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı bu barədə sosial şəbəkədə paylaşım edib. O, yaşadığı binanın qaraşında və evinin önündə çəkilən görüntüləri izləyiciləri ilə bölüşərək bunları deyib:
"Mən bu adamı tanıyıram, yaşadığı yeri də bilirəm. Çox təhlükəli insandır. Sadəcə səbr etməyə çalışdım. Həm də belə mövzu ilə gündəmə gəlməyə utandım. Amma məcburam. Buradan deyirəm, əgər mənə nəsə olsa, bilin ki, səbəbkarı bu insandır. Dəfələrlə 102-yə şikayət etmişəm, məhkəməyə, bölməyə ərizəli şəkildə müraciət etmişəm. Uzaqlaşdırma qərarının çıxarılması bir az vaxt tələb edir. Amma bilmirəm ki, buna vaxtım var ya yox. Qərar çıxana qədər bəlkə də mən olmayacağam. Dünən yaxşı qutardım, amma bu gün nə olacaq bilmirəm. Buradan bütün Azərbaycan xalqına deyirəm ki, mənə nəsə olsa, səbəbkarı odur. Bəlkə anam, atam yoxdur, yiyəsizəm deyə, belə hərəkət edir. Amma mənim Allahım var. Ona güvənirəm. Azərbaycan polisinə güvənmək istəyirəm. Bilirəm ki, həmin şəxs məni izləyir. Ona deyirəm ki, bir də yaşadığım binanın ətrafına gəlsən, arxamca düşsən, övladlarıma yaxın gəlib onları danışdırmağa çalışsan, üzünü göstərəcəyəm və adını soyadını da deyəcəyəm. Videoda da əlində nəsə var idi, arxasında gizlədirdi. Sabah nə edəcək mən bilmirəm, çox narahatam. O insanın məni təhdid etməsi ilə bağlı səsli mesajları var. Lazım olsarsa, onları da yayımlayacağam. İnşallah ki, ehtiyac qalmaz. Əgər onun başqa şəxslərə də ziyanı dəyibsə, mənim instaqram hesabıma yazsınlar".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun