Məşhur teleaparıcı vəfat etdi - FOTO

19 Avqust 2024 19:32

Məşhur amerikalı jurnalist və teleaparıcı Fil Donahu 88 yaşında vəfat edib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "NBC" məlumat yayıb.

Bildirilib ki, teleaparıcı ötən gün axşam ailəsinin əhatəsində vəfat edib.

Qeyd edək ki, Phil Donahu "CBS", "CNBC" və "MSNBC" televiziya kanalları ilə əməkdaşlıq edib. 1980-ci illərin sonunda o, SSRİ və ABŞ arasında telekörpülərə aparıcılıq edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun