Təzyiq dərmanı qəribə xəstəlik yaradır
25 İyun 2012 11:06
Fəsadlar ürəkbulanma, qusma, diareya kimi təzahür edib. Pasiyent dərman içməyi dayandırani kimi fəsadlar yox olub.
Milli.Az "McClatchy"yə istinadən bildirir ki, Mayo Klinikasının professoru, doktor Cozef Mürrey "Olmesartan" adlı preparatla bağlı araşdırma aparıb. Onun sözlərinə görə, qan təzyiqini aşağı salan preparat qlüten xəstəliyini xatırladan pozuntu yaradır: "Bu zaman qlütensiz pəhriz təki adi müalicə metodları işləmir. Xəstəliyi səciyyələndirmək çox çətindir".
Hesabatda bildirilir ki, eyni effekt 22 pasiyentdən ibarət qrupda da müşahidə olunub. Onların bəziləri hətta kritik vəziyyətdə xəstəxanaya da aparıblar. Bir pasiyent isə 57 kq arıqlayıb.
"Olmesartan" preparatının istehsalçısı olan "Daiichi Sankyo" korporasiyası isə dərmanla fəsadlar arasında əlaqənin aşkarlanmadığını deyir.
Milli.Az