İnsultdan sonra necə yaşamalı?
25 İyun 2012 22:57
Milli.Az "Molecular Neurodegeneration"a istinadən bildirir ki, amerikalı alimlər metalloproteinin aktivliyini azaldan yeni preparat hazırlayıblar.
Bu preparat qanaxmaların qarşısını alır və insultdan sonrakı ilk saatlarda beyin hüceyrələrini ağır xəsarətlərdən qoruyur.
Doktor Zezonq Qunun dediyinə görə, onların yeni preparatını ənənəvi, standart terapiya olan tPA plazminogen toxuma fəallaşdırıcısı ilə eyni vaxtda tətbiq etmək olar.
Missuri Universitetinin alimləri Notr-Dam Universitetindən olan həmkarları ilə birlikdə deyirlər ki, yeni birləşmə struktur baxımından etilen-sulfid, yəni tiran törəmələrinə yaxındır. O, matrik metalloproteinaza (MMR-9) təsir edir. Beyin işemiyası zamanı məhz MMR-9 fəallaşır və nəticədə hematoensefalik sədd zədələnir, qanaxma və neyrodegenarasiya yaranır.
SB-3ST adlanan yeni ingibitor işemiya nəticəsində neyronların ölümünün qarşısını alır.
Milli.Az