Azərbaycanlı sənətçinin Özbəkistan səfərində “şübhəli əşya” - VİDEO

19 Avqust 2024 12:21

Klarnet ifaçısı Azər İsgəndərovun Özbəkistan səfəri maraqlı hadisə ilə yadda qalıb.

Milli.Az olay-a istinadən bildirir ki, musiqiçinin çamadanının yoxlanışı zamanı özbək təhlükəsizlik əməkdaşları şübhəli əşya "aşkar ediblər".

Onlar Azərdən çamadanını açmağını istəyiblər. İfaçı onların soyuq silah hesab etdikləri əşyanın əslində adi musiqi aləti (klarnet) olduğunu bildirib. Onun sözlərinə inanmayan hava limanının əməkdaşları o zaman Azərdən klarentdə ifa etməsini istəyiblər.

Musiqiçi klarnetini quraşdırdıqdan sonra özbəklərə "Vağzalı" ifa edib. Ondan sonra Azəri hava limanından buraxıblar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun