Əsgərlərimiz Hadrutda erməniləri belə qorxuya salıb…

19 Avqust 2024 11:06

O vaxt Hadrut istiqamətində Ermənistan bölmələrinə bizim ordunun formasını geyinmiş və erməni dilində sərbəst danışan Azərbaycan əsgərləri sızırdı.

Milli.Az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Qarabağdan Ermənistana köçmüş, müharibədə iştirak etmiş müğənni Artur Xaçents deyib.

Onun sözlərinə görə, Azərbaycan əsgərləri çox rahat şəkildə ermənilərin aralarına girə bildikləri üçün separatçılar qorxuya düşüblər:

"Bu səbəblə bizimkilər çox narahat idilər. Onlara qatılmaq üçün yeni gələnləri başdan sona diqqətlə incələməyə çalışırdılar. Çünki bizi özümüz kimi geyinib danışanlardan çətin ayırd edə bilirdilər. Sonra mənə inandılar. Onlara izah etdim ki, mən buralarda böyümüşəm. Bu torpağın hər yerini yaxşı bilirəm. Səsim də var. Mahnı oxuyub onları ruhlandıra bilərəm. Onlara kədərli deyil, intiqam hissi dolu mahnı səsləndirdim".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun