Liberal dalan: "demokratiya və bərabərlik" inamı məhv edəndə...

19 Avqust 2024 09:49

"Tamamilə yeni, dəf edilməsi maksimal dərəcədə çətin problemlərlə üzləşmişik. Dünyadakı vəziyyət həddən artıq çətin, qarışıq və təhlükəlidir".

Bu sözləri Almaniyanın sabiq baş naziri Angela Merkel 10 il əvvəl söyləmişdi.

ABŞ və Çin arasında münasibətlərin hədsiz gərginləşməsinə, Yaxın Şərqdə yeni müharibənin başlanmasına, COVID-2019 koronavirus epidemiyasına, Ukraynadakı hərbi əməliyyatlara, 44 günlük İkinci Qarabağ Müharibəsinə, Fransanın neokolonializminin ifrat həddə çatmasına, inkişaf etmiş dövlətlərlə inkişaf etməkdə olan ölkələr arasındakı qarşıdurmanın pik həddə çatmasınadək.

Qərb liberal demokratiyasına sidq-ürəkdən inanırdı və hamını da inandırmağa çalışırdı ki, bəşəriyyətin nicatı məhz liberallıq, açıq cəmiyyət, libertarianlıqdır.

Halbuki...

Hazırda elmdə bir neçə növ demokratik rejim fərqləndirilir. Bütün bu rejimlər liberal demokratiyalar üçün səciyyəvidir: xalq hakimiyyəti prinsipi - yəni xalq şəffaf və müntəzəm seçkilər vasitəsilə liderləri təyin edir və onları hakimiyyət səlahiyyətləri ilə təmin edir; qanunun aliliyi prinsipləri, ifadə azadlığı, sosial bərabərlik; siyasi və hüquqi əngəllər və əksliklər sistemi mövcuddur ki, bu da çoxluğun diktatını yolverilməz edir.

Liberal demokratiyanı bu modelin digər variantlarından fərqləndirən xüsusiyyətlərdən biri də informasiya açıqlığı və siyasi qərarların qəbul edilməsi prosesinin şəffaflığıdır, yəni vəsf etdikləri "açıq cəmiyyət"in mövcud olmasıdır.

Açıq cəmiyyət konsepsiyasını 1945-ci ildə filosof Karl Popper formalaşdırmışdı. O hesab edirdi ki, ideal dövlətin qurulması üçün cəmiyyətdə bütün üzvlərin maraqları və hüquqları nəzərə alınmalı, dövlət institutları isə cəmiyyətin bütün ictimai-siyasi həyat sahələrində plüralizm və tolerantlıq təmin etməlidir.

Belə ölkələr arasında ABŞ, Yaponiya, Fransa, Böyük Britaniya və İspaniya da var. Müqayisə üçün: 1990-cı illərin əvvəlində yüksək məmnuniyyətsizlik səviyyəsi yalnız Fransada qeydə alınmışdı. Demokratiyadan narazılıq isə son 25 il ərzində tədricən artmaqda idi ki, bu da konkret siyasətçilərdən narazılıq deyil, dövlət idarəetmə modelinin özünün böhranından xəbər verir.

Bu böhran haqqında hələ XX əsrin sonunda danışmağa başlamışdılar. 1975-ci ildə amerikalı politoloq Samuel Hantinqton belə bir nəticəyə gəlmişdi ki, liberal-demokratik hökumətlər artıq səmərəli işləyə bilmirlər. O, bunu dövlətlərin sosial strukturunun nəzərəçarpacaq dərəcədə dəyişməsi ilə əlaqələndirirdi. Çox sayda fərqli qruplar - azlıqlar meydana çıxmışdı. Cəmiyyət milli, yaş, iqtisadi, gender və digər meyarlar üzrə parçalanmışdı. Həmin qrupların hər biri liberal demokratiyanın əsas prinsiplərinə görə, dövlət institutları vasitəsilə öz maraqlarını digər qruplarla bərabər şəkildə müdafiə etmək hüququna malik idi.

Hantinqton açıq bir faktı vurğulayırdı ki, ayrı-ayrı azlıqların - məsələn, muzdlu işçilər və sahibkarların maraqları bir-birinə radikal şəkildə ziddir və bəzən bir-birinə tamamilə qarşı çıxır. Bu isə o deməkdir ki, heç bir hökumət bütün bu qrupların maraqlarını nəzərə ala bilməz və nəticədə heç kimin özünü məhrum edilmiş hiss etməməsini təmin edə bilməz. Qəribə deyil ki, Qərb cəmiyyətlərinin müxtəlif təbəqələrində demokratik institutların effektivliyindən məyusluq tədricən yığılırdı.

Dövlətin artan tələbləri qarşılamaq bacarıqsızlığının liberal-demokratik siyasi sistemin özünün böhranına gətirib çıxardığını alman filosofu və sosioloqu Yürgen Habermas da qeyd etmişdi. Onun qənaətinə görə, vətəndaşlar tələblərinə cavab almadıqda, demokratiyaya dövlət idarəçiliyi mexanizmi kimi olan etibarlarını itirir, seçkilərdə iştirak etməyi dayandırır, siyasi partiyalardan çıxırlar. Gec-tez bu, sosial sarsıntılara və hətta hakimiyyətin sistemli dəyişməsinə gətirib çıxara bilər.

Habermas və Hantinqtonun bu problemin həlli yollarında diametral ziddiyyətli mövqeləri var idi. Alman filosof hesab edirdi ki, vətəndaşların etibarını bərpa etmək üçün cəmiyyətin aktual problemlərin müzakirəsinə və onların həlli üçün siyasi proqramların hazırlanmasına mümkün qədər geniş şəkildə cəlb edilməsi lazımdır. Hantinqton isə əksinə, geniş xalq kütlələrinin siyasətə mümkün qədər az cəlb olunmasını və dövlətə öz başa düşülməyən tələbləri ilə təzyiq göstərməməsini tövsiyə edirdi. Bunun əvəzinə o, "demokratik balans kursu" götürməyi - yəni demokratiyanın sərbəstliyini məhdudlaşdırmağı, təxminən iqtisadi siyasətdə dövlət tənzimlənməsi elementlərini tətbiq etmək kimi bir yolu təklif edirdi.

Milli və digər azlıqlara tolerantlıq prinsipinin demokratiya prinsipləri ilə birlikdə liberal idarəetmə modelinin indiki böhranına səbəb olan bütün şərait yaradır. Bəzi dövlətlərdə bu, uzun müddət əvvəl separatizmin artmasına səbəb olub. Məsələn, İspaniyanın Kataloniya bölgəsi 2006-cı ildən bəri tam muxtariyyət tələb edir və ölkənin konstitusiyasına istinad edərək, bütün milli bölgələr üçün belə bir hüququ nəzərdə tutur. Əsas qanunun bu maddəsi liberalların əsas dəyərlərinə - milli azlıqların mədəniyyətinə və hüquqlarına hörmətə cavab verir. İspaniya hökuməti ölkənin ən zəngin bölgələrindən birinin ayrılması haqqında referendumun qeyri-qanuni olduğunu bəyan edib.

Liberal demokratiyaların böhranını qlobalizasiya nəticələrindən çoxalan iqtisadi səbəblər də ağırlaşdırır. Açıq cəmiyyət və sərbəst bazar dövründə biznesin konkret bir dövlətin maraqlarını nəzərə alması vacib deyil və sərfəli deyil - nəticə olaraq, onun vətəndaşlarının maraqları da nəzərə alınmır.

Liberal demokratiyanın əsas problemi ondan ibarətdir ki, bu gün Qərbdə azlıq siyasət, iqtisadiyyat və mass-mediada üstünlük təşkil edir və çoxluğa qarşı avtokratlar kimi davranır.

Dünya iqtisadiyyatı konsepsiyası, bazarın liberallaşdırılması istehsal zəncirlərinin uzadılmasını və müxtəlif dövlətləri əhatə etməsini nəzərdə tutur. Biznes üçün son məhsulun komponentlərini müxtəlif ölkələrdə istehsal etmək daha əlverişli oldu: birincisi, bu, xammalın daşınma xərclərini azaldır, ikincisi, digər, daha az inkişaf etmiş ölkələrdə ucuz işçi qüvvəsindən istifadə etmək mümkündür. Mənfəət arxasınca qaçan iri Qərb şirkətləri istehsallarını Asiyanın inkişaf etməkdə olan ölkələrinə köçürməyə başladılar, bu da inkişaf etmiş ölkələrin deindustrializasiyası prosesinə səbəb oldu.

Bu tendensiyanın ən parlaq nümunəsi "Apple" (ABŞ) oldu. Bu texnologiya nəhənginin cihazları, əsasən, ABŞ-dən kənarda yığılır. Aşağı maaşlı çinli işçilərin yüksək məhsuldarlığı şirkətin qurucusu Stiv Cobs üçün son dərəcə cəlbedici idi, bu isə hətta onu o dövrdə ABŞ prezidenti Barak Obama ilə Silikon Vadisində keçirilən təntənəli nahar zamanı kiçik bir qarşıdurmaya səbəb olmuşdu. Obama "Apple" şirkətinin istehsalları ilə birlikdə amerikalıların iş yerlərinin xaricə getdiyinə təəssüfləndi və Cobs bu məsələnin müzakirə olunmadığını açıq şəkildə bildirdi.

Amerika prezidentinin narazılığını başa düşmək olar: "Apple" şirkətinin istehsalatlarında ABŞ-də 43 min insan çalışdığı halda, xaricdə şirkət üçün 700 mindən çox insan işləyirdi. İnkişaf etməkdə olan ölkələrə köçərkən, iri Qərb biznesi vətənində yüz minlərlə işçini ixtisar edirdi və onların təminatının yükü sosial sığorta sisteminin üzərinə düşürdü.

Cobs və Obamanın qarşıdurması müasir Qərb tipli liberal demokratiyaların daha bir sistemli problemini nümayiş etdirirdi: siyasi, iqtisadi və sosial proqramların hazırlanmasında hökumətlərə məsləhət verən alimlərin, biznesmenlərin və digər ekspertlərin rolunun güclənməsi.

Bu problem 1970-ci illərdə "ekspert inqilabı" adlanan proses nəticəsində formalaşmışdı.

Demokratik hökumətlər həmişə cəmiyyətin ehtiyaclarını başa düşmək üçün elm və biznes sahəsindən ekspertlərin xidmətlərindən istifadə ediblər. XX əsrə qədər bu, əsasən, ənənəvi tədqiqat təşkilatları idi ki, məmurlar onlara ehtiyac olduqda müraciət edirdilər. XX əsrdə qloballaşma tendensiyası fonunda, hökumətlərə yeni səviyyəli ekspertiza lazım oldu. Beləliklə, "düşüncə mərkəzləri" (think tanks) - elmi-intellektual ekspert cəmiyyətləri meydana gəldi.

Sürətlə dəyişən dünyada hökumətlərə cəmiyyətin daxilindən aktual problemlərə yeni baxış lazımdır: bütün sahələr üzrə mütəxəssis ola bilməyən məmurlar sadəcə olaraq bütün siyasi, iqtisadi və sosial prosesləri izləməyə və tez və düzgün qərarlar qəbul etməyə çatdırmırlar. Bunun səbəbi siyasi mühitin qapalı olması, ilkin məlumatların aşağı sürətlə alınması və dövlət bürokratiyasının ətalətidir.

Siyasətin və dövlət idarəçiliyinin peşəkarlaşması, sıravi vətəndaşın siyasətdən tamamilə sıxışdırılmasına və Avropa və ABŞ-də siyasi rejimlərin ekspertokratiyaya çevrilməsinə gətirib çıxarıb.

Qərb bizə deyir ki, burada peşəkarlar var, mütəxəssislər var və ayrı-ayrı şəxslərin siyasətdə iştirak etməsinə ehtiyac yoxdur, hər şeyi onların əvəzinə peşəkarlar edəcəklər, çünki onlar daha yaxşı bilirlər.

Ekspertokratiyanın təhlükəsi haqqında hələ 1920-ci illərdə neoliberal fəlsəfənin tənqidçisi, amerikalı mütəfəkkir Con Düi xəbərdarlıq etmişdi. O qeyd edirdi ki, ekspertlər sinfi "qaçılmaz olaraq ümumi maraqlardan kənarlaşacaq və öz şəxsi maraqları olan sinfə çevriləcək". Sosioloqlar isə Qərb cəmiyyətində artıq bir neçə onillikdir ki, vətəndaşlar və elitalar arasında gərginliyin artdığını qeyd edirlər. Pew Araşdırma Mərkəzinin Avropa, ABŞ və Kanadada apardığı araşdırma göstərir ki, insanlar hələ də demokratik dəyərlərdən məyus olmayıblar, lakin siyasətçilərinə etibar etməyi dayandırırlar.

Qlobalizasiya və ekspertokratiyanın demokratik dəyərləri necə ləğv etdiyinə parlaq bir nümunə - Avropa İttifaqıdır.

İlk olaraq İkinci Dünya müharibəsi nəticəsində dağıdılmış Avropada iqtisadi artımı sürətləndirmək üçün gömrük birliyi kimi nəzərdə tutulan Aİ tezliklə siyasi birliyə çevrildi. O, demək olar ki, vətəndaşlar və ya onların nümayəndələri tərəfindən nəzarət edilməyən çoxsaylı fövqəlmilli institutlarla böyüdü.

Məsələn, Avropa Şurası Avropa İttifaqına üzv ölkələrin hökumət başçılarından ibarətdir. Onları heç kim seçmir, onlar icraedici hakimiyyətin nümayəndələri kimi çıxış edirlər. Lakin bu orqan, əslində, qanunvericilik fəaliyyəti ilə məşğul olur, Aİ ölkələrinin bütün vətəndaşlarına təsir edən qərarlar qəbul edir: məsələn, enerji və elektrik qiymətlərinin artmasına səbəb olan Rusiya əleyhinə sanksiyaların tətbiqi haqqında. Bununla belə, vətəndaşlar bu qanunvericiləri nəzarət altına ala bilmirlər - hətta yerli səviyyədə seçilmiş orqanlarda olduğu kimi, geri çağırma proseduru vasitəsilə də.

Demokratiyanı heç kim ləğv etməyib. Lakin demokratik yolla seçilmiş Avropa dövlətlərinin liderləri heç bir qərar qəbul etmir, çünki onların üzərində heç kim tərəfindən seçilməmiş bəzi şəxslər oturur və bütün avropalılar üçün qərar qəbul edirlər.

Müasir liberal demokratiyanın böhranı çoxşaxəlidir. Onun səbəblərinin hamının azadlığı ideyasının tükənməsində, bazar iqtisadiyyatının böhranında və ya demokratik institutların səmərəsizliyində olduğunu demək qeyri-mümkündür. Bütün bu səbəblər bir-biri ilə əlaqəlidir: hakim elitalar zaman keçdikcə daha qapalı siyasi kasta halına gəlir; onların digər vətəndaşların maraqlarını nəzərə almadan qəbul etdikləri qərarlar sosial və iqtisadi böhranları təşviq edir; bu böhranların mənfi nəticələri insanları elitlərin təşviq etdiyi liberal dövlət idarəetmə modelinin doğruluğuna şübhə etməyə vadar edir.

Qərb ölkələrində sıravi vətəndaş ictimai həyatdan sıxışdırılıb çıxarılır, çünki hakimiyyətin preroqativi ekspertlərə və peşəkar siyasətçilərə məxsusdur - bu, əvvəlcə demokratik cəmiyyətdə nəzərdə tutulduğu kimi geniş kütlələrin nümayəndələrinə aid deyil. Cəmiyyətin ayrı-ayrı sosial qrupları arasında gərginlik artır. Avropada ənənəvi və liberal dəyərlərin tərəfdarları arasındakı münaqişə hələlik ABŞ-dəki qədər nəzərə çarpmır, lakin sosioloqlar ABŞ-də artıq həyəcan təbili çalırlar. Demokrat və Respublikaçılar partiyalarının tərəfdarları arasında yaranan dərin yarılma hər il daha da dərinləşir və qarşıdurmaya çevrilir. Hər iki partiyanın tərəfdarları çox vaxt siyasi rəqiblərinə etibar etmirlər və onlara qarşı açıq-aşkar antipatiya bəsləyirlər: respublikaçılar demokratların azlıqların problemlərinə həddindən artıq diqqət yetirdiyini düşünürlər, demokratlar isə respublikaçı proqramını faşist kimi adlandırırlar.

Qərb dünyası bu gün bir seçim qarşısındadır: ya liberal demokratiyanın rəqiblərinə qarşı təzyiqləri artıraraq, əslində, avtoritar idarəetmə modellərinə keçid etmək, ya da demokratiya ideyasını yenidən kəşf edərək, onun ənənəvi və daha konservativ modellərinə qayıtmaq.

Seçim üçün zamanı getdikcə azalır.

Misli görünməmiş enerji və ərzaq böhranı yaşana bilər. Bundan əlavə, alimlər inkişaf etməkdə olan ölkələrdən birinci dünya ölkələrinə miqrasiyanın yalnız artmaqda olduğu barədə xəbərdarlıq edirlər. Elitalar böyük siyasətlə məşğul olub səmərəsiz idarəetmə mexanizmlərinə yapışarkən, əhali yoxsullaşır və cinayətkarlıqdan əziyyət çəkir. Belə bir vəziyyətdə sadə vətəndaşların küçələrə çıxıb hakimiyyəti öz əllərinə almaq qərarı sadəcə vaxt məsələsi ola bilər.

Elçin Alıoğlu
TREND