ABŞ ordusu Yəməni VURDU

19 Avqust 2024 09:43

ABŞ ordusu Yəməndə "Ənsar Allah" üsyançı hərəkatına məxsus bir pilotsuz uçuş aparatını (PUA) hədəfə alaraq zərbə endirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"CENTCOM qüvvələri Yəməndə husilərin nəzarətində olan ərazidə onlara məxsus bir PUA-nı uğurla məhv edib" , - komandanlığın "X" hesabında yayımlanan bəyanatda deyilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun