Ronaldonun baş məşqçisi qovuldu

18 Avqust 2024 18:02

"Əl Nəsr" komandası Səudiyyə Ərəbistanı Superkubokunda "Əl Hilal"la oyunda (1:4) məğlubiyyətdən sonra baş məşqçi Luis Kastronu istefaya göndərib.

Milli.Az bildirir ki, bu barədə "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, Kastro 2023-cü ildən "Əl Nəsr"ə rəhbərlik edirdi. Mütəxəssisin klubla müqaviləsi 2025-ci ilə qədər idi. Əvvəllər o, "Rio Ave", "Çaves", "Vitoria Gimaraeş", "Şaxtyor", "Al Duhail" və "Botafoqo" komandalarını çalışdırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun