Meymunçiçəyi virusu sürətlə yayılır

19 Avqust 2024 07:21

Afrikada meymunçiçəyi virusu sürətlə yayılır.

Lent.az-ın xəbərinə görə, bu, Afrika İttifaqının Səhiyyə Agentliyinin yaydığı məlumatda əksini tapıb.

Yalnız ötən həftə ərzində 1200 yeni yoluxma qeydə alınıb. Virusun yayılan 3 növü arasında təhlükəli "Clade 1b" növü də var.

Ümumilikdə bu ilin əvvəlindən Afrika İttifaqının 12 ölkəsində 18 737 yoluxma halı qeydə alınıb, 541 nəfər ölüb.