“Sən kişi ilə qadını ayırd edə bilmirsən?” - Zaxarova

18 Avqust 2024 17:14

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxın Olimpiya Oyunlarına "yeni inklüzivlik" gətirməklə Qərb neoliberal elitalarını razı salmaq cəhdləri acınacaqlı nəticələrə gətirib çıxarır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki,  bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova BOK rəhbərinin olimpiya idmançılarının cinsi kimlikləri ilə bağlı açıqlamasınını şərh edərkən deyib.

Diplomatın sözlərinə görə, Baxın rəsmi mövqeyi və Olimpiya Oyunlarından dünya idmanının inkişafı üçün yox, "inklüzivliyə neoliberal yanaşmaların təşviqi" üçün istifadə etməsi təəssüf doğurur.

"Bax bəzi qadın boksçuların Olimpiya turnirinə buraxılması ilə bağlı şübhəli qərarlarını gender problemləri ilə əlaqəli mübahisəli şərhləri və Beynəlxalq Boks Federasiyası haqda açıq yalanları ilə ört-basdır etməyə çalışır. O, qadını kişidən ayırmağın elmi yolunun olmamasından danışır. Keçmiş idmançı və beynəlxalq məmur olan cənab Baxın bunun üçün hansı "etibarlı elmi məlumatlar"a ehtiyacı olduğunu bilmirik", - Zaxarova vurğulayıb.

Rusiya rəsmisi Baxa dünyada yalnız iki cinsin olduğunu xatırladıb:

"İndiyə qədər bəşəriyyətin əksər hissəsinin cinslə bağlı heç bir sualı olmayıb. Dünyada yalnız iki cins var - kişi və qadın. Nəticədə kişi və qadın idman növləri var. Tomas Baxın Olimpiya Oyunlarına "yeni inklüzivlik" gətirməklə Qərb neoliberal elitalarını sevindirmək cəhdləri acınacaqlı nəticələrə gətirib çıxarır".

XXXIII Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Fransada keçirilib. Bəzi transgender idmançıların qadın adıyla olimpiadaya buraxılması iddiası dünyada geniş müzakirələrə səbəb olmuşdu.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun