Amerikada ən çox bu ölkənin adı çəkilib

18 Avqust 2024 16:51

Bu il Amerika mediasında ən çox adı çəkilən ölkə Çin olub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "RİA Novosti" yazı dərc edib.

Agentliyin məlumatına görə, Çin 245 min dəfə xatırlanıb. İkinci və üçüncü yerləri İsrail (123 min) və Rusiya (79 min) tutub. 64 min nəşr Ukraynaya həsr olunub.

Eyni zamanda, agentliyin qeyd etdiyi kimi, Çin hər il ABŞ-də seçkilər keçirilərkən qeyd olunanların sayına görə lider olur.

Avqustun əvvəlində ABŞ Çinə qarşı sanksiyaları genişləndirdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun