Ali Koç hücum etdilər - ANBAAN VİDEO

18 Avqust 2024 12:16

Türkiyə Superliqasının ikinci turu çərçivəsində keçirilən "Göztəpə" - "Fənərbaxça" matçında xoşagəlməz hadisə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  oyunun ikinci hissəsində "Fənərbaxça"nın bir qrup azarkeşi tribunaya buraxılmayıb.

Klub prezidenti Ali Koç da azarkeşlərinə dəstək üçün həmin tribunaya yaxınlaşıb. Bu zaman "Göztəpə" azarkeşləri ona su butulkaları atıblar. Klub rəhbəri mühafizəçilərin nəzarəti ilə hadisə yerindən uzaqlaşmaq istəyərkən rəqib komandanın azarkeşlərindən biri onu itələyib və Ali Koç yerə yıxılıb. Baş verənlərə görə oyunda bir müddət fasilə yaranıb.

Həmin anın videosunu təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun