Mask Kadırovun yalanını ÜZƏ ÇIXARDI: "O qədər axmaqsan ki..." - YENİLƏNİB - VİDEO

19 Avqust 2024 10:17

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-nin "Tesla" şirkətinin istehsalı olan "Cybertruck" avtomobilini sınaqdan keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Kadırov həmin anın görüntülərini öz teleqram kanalında paylaşıb və avtomobilin ona şirkətin rəhbəri İlon Mask tərəfindən verildiyini iddia edib.

Götüntülərdə Çeçenistan rəhbərinin Qroznıda elektrikli "Cybertruck" pikapını sürdüyü yer alıb. Bununla yanaşı, sözügedən avtomobilin üzərində pulemyot quraşdırıldığını da görmək mümkündür. 

O, bununla yanaşı Maska təşəkkür edib və onu dahi insan adlandırıb. 

Kadırov, həmçinin avtomobili xüsusi hərbi əməliyyat zonasına göndərməyi vəd edib və amerikalı milyarderi Qroznıya səfərə dəvət edib. 

İ.Mask isə öz növbəsində Kadırova "Cybertruck" hədiyyə edilməsini təkzib edib. Belə ki, o, "X" sosial şəbəkəsində istifadəçilərdən birinin paylaşımına münasibət bildirərkən deyib: "Siz doğurdan da, o qədər axmaqsınız ki rusiyalı generala Cybertruck hədiyyə etdiyimi hesab edirsiniz?".

-------------

2024.08.18

Çeçenistan rəhbəri Ramzan Kadırov "Tesla" şirkətinin baş direktoru İlon Maskdan "Cybertruck" elektrik pikapını alıb və onu sınaqdan keçirib. Elektromobilin üzərinə pulemyot quraşdırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Kadırov özünün "Telegram" kanalında məlumat verib.

Kadırov avtomobilin "Kibervəhşi" adlandırılmasının səbəbsiz olmadığını şəxsən təsdiqlədiyini bildirib.

Onun sözlərinə görə, bu nəqliyyat vasitəsi Şimal-Şərq Hərbi Dairəsi zonasına göndəriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun