UFC-nin bir nömrəli çəki dərəcəsində yer alan Merab Dvalişvili "Craig Jones Invitational" turnirində tamaşaçılardan biri ilə münaqişə edib.
Milli.Az lent.az-a istinadən bildirir ki, azarkeşlərdən biri 33 yaşlı gürcü döyüşçünü təhqir edib. Bunu eşidən Dvalişvili tribunalara tullanıb və tamaşaçının saçından yapışıb.
Dvalişvili sentyabrın 14-də ABŞ-ın Las-Veqas şəhərindəki Sphere-də UFC 306-da Şon Omalli ilə döyüşəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun