Bakıda məşhur geyim dükanında geyinmə otaqlarına kamera qoyulub? - VİDEO

17 Avqust 2024 18:56

Bakının məşhur geyim dükanında soyunub-geyinmə otağına qoyulan kamera görənlərin təəccübünə səbəb olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Qeyd olunur ki, "New Yorker" geyim dükanındakı soyunub-geyinmə otağının düz üstündə kamera quraşdırılıb.

Məsələ ilə bağlı Oxu.Az geyim dükanı ilə əlaqə saxlayıb. Zəngi cavablandıran əməkdaş cavab olaraq faktı təsdiqləsə də, açıqlaması bir qədər maraqlı oldu:

"Bəli, quraşdırılıb, amma o, geyinib-soyunanları çəkmir".

"Bəs nəyi çəkir?" sualımıza isə cavab ala bilmədik.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun