Abşeronda restoran yandı

17 Avqust 2024 10:16

Abşeron rayonunda restoranda yanğın olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Xıdalan qəsəbəsi, Heydər Əliyev prospektində yerləşən "Abşeron City" restoranının ikinci mərtəbəsində qeydə alınıb.

Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın zamanı restoranın mühafizəçisi Rasim Paşayev tüstüdən zəhərlənib. O təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Yanğın söndürülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun