3 nəfərin piknik arzusu İzmiri yanğına bürüdü

17 Avqust 2024 09:22

Türkiyənin İzmir şəhərinin Karşıyaka rayonunda baş verən yanğının səbəbi bilinib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib.

Onun sözlərinə görə, yanğın üç nəfərin piknik məqsədilə getdikləri ərazidə yandırdıqları tonqal səbəbindən baş verib.

"Təəssüf ki, İzmirin Ödemiş bölgəsindəki yanğına isə otluq sahədə siqaret çəkən iki nəfər səbəb olub. Onlar da saxlanılıb", - deyə nazir bildirib.

Qeyd olunub ki, ölkə üzrə baş verən bütün yanğınlarda insan tələfatı olmayıb. Lakin, İzmirin Yamanlar rayonunda baş verən yanğın yaşayış sahəsinə yaxın olduğundan 17 ev yanıb, 105 ev və 44 iş yeri boşaldılıb.

Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklının verdiyi məlumata görə isə, yanğın hadisələrinə görə 6 nəfər həbs edilib.

Onun sözlərinə görə, İzmirin Ödemiş rayonunda 2, Boluda isə 4 nəfər saxlanılıb, İzmirin Yamanlar rayonunda isə daha 3 nəfər axtarışa verilib.

Qeyd edək ki, Türkiyədə ölkə üzrə ümumilikdə 72 yanğın baş verib, onlardan 45-i nəzarətə götürülüb, 27 yanğına müdaxilə davam edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun