Bu Avropa ölkəsi icbari hərbi xidmət tətbiq edir

16 Avqust 2024 22:54

Xorvatiya 2025-ci il yanvarın 1-dən ölkədə icbari hərbi xidmət tətbiq edəcək. Bu da qlobal təhlükəsizlik vəziyyəti ilə əlaqədardır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri İvan Anuşiç deyib.

O bildirib ki, hərbi xidmət iki ay davam edəcək:

"Çağırış 2025-ci il yanvarın 1-dən başlayacaq".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun