Şoyqunun keçmiş müşaviri işdən çıxarıldı

16 Avqust 2024 22:01

Sergey Şoyqunun keçmiş müşaviri, siyasi strateq Andrey İlnitski Müdafiə Nazirliyindəki vəzifəsindən azad edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı bloger Yuri Podolyak deyib.

O, İlnitskini səriştəsizlikdə günahlandırıb:

"Sevinirəm ki, heç nə başa düşmədiyi bir sənayedə "parlaq" fikirlərini artıq "səlahiyyətli şəxs" olaraq paylaşmayacaq".

Onun fikrincə, Rusiya Müdafiə Nazirliyinin informasiya siyasətinin uğursuzluğunda məhz İlnitski günahkardır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun