Bu ölkəni də vəba cənginə aldı

16 Avqust 2024 21:49

Sudanda baş vermiş vətəndaş müharibəsinin səbəb olduğu humanitar böhran vəba infeksiyasının yayılmasına səbəb olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, xəstəlik 300-dən çox insanın həlak olmasına səbəb olub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris bildirib ki, vəbaya 11327 yoluxma halı qeydə alınıb, onlardan 316-sı ölümlə nəticələnib. O qeyd edib ki, ölkədə, həmçinin denge qızdırması və meningitə yoluxma hallarının sayı artır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun